Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olunub
Tarix: 25-01-2021 00:10 | Bölmə: Cəmiyyət
Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olunub

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə tətbiq edilən qadağa aradan qaldırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunur.

O cümlədən, bu gündən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət də bərpa edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq