Dəm qazından kütləvi zəhərlənmə olub - Yenilənib
Tarix: 27-01-2021 10:55 | Bölmə: Cəmiyyət
Dəm qazından kütləvi zəhərlənmə olub

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qobustanda dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər.

Bu barədə APA-ya Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn bildirib. Onun sözlərinə görə, zəhərlənən şəxslərə ambulator xidmət göstərilib: "Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}