Daha 31 erməni hərbçinin meyiti təhvil verilib
Tarix: 27-01-2021 11:20 | Bölmə: Cəmiyyət
Daha 31 erməni hərbçinin meyiti təhvil verilib

Daha otuz bir erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib.

Bu barədə armeniasputnik.am saytı məlumat yayıb.

Məlumata görə, meyitlər Füzuli rayonu istiqamətindən qarşı tərəfə qaytarılıb.

Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb.

İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir.

İşğaldan azad olunmuş ərazilərdən indiyədək 1318 erməninin meyitinin tapıldığı açıqlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan daha 30 erməni hərbçinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}