Dəniz quldurlarının öldürdüyü həmyerlimizin cənazəsi vətənə gətirilib - Video - Foto
Tarix: 27-01-2021 11:53 | Bölmə: Cəmiyyət
Dəniz quldurlarının öldürdüyü həmyerlimizin cənazəsi vətənə gətirilib - Video

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, mərhumun cənazəsini gətirən Türkiyə Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun “Port-Gentil” Limanına gətirilib.







Bölməyə aid digər xəbərlər
Bu gün, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}