AMEA-nın Tarix İnstitutuna baş direktor seçilib
Tarix: 27-01-2021 13:27 | Bölmə: Cəmiyyət
AMEA-nın Tarix İnstitutuna baş direktor seçilib

Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin Elmi Şurasının iclası keçirilib.

İclasda tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov səsvermə yolu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru seçilib.

İclasda seçkinin nəticələrinin təsdiqlənməsi üçün AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması barədə də qərar qəbul olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq