Həbsdən çıxan şirkət sahibinə yenidən cinyət işi açılıb
Tarix: 28-01-2021 09:38 | Bölmə: Cəmiyyət
Həbsdən çıxan şirkət sahibinə yenidən cinyət işi açılıb

"Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, X. Cəfərov külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.

X. Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, X. Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa buraxılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}