Ölkələrin korrupsiya reytinqi açıqlanıb - Siyahı
Tarix: 28-01-2021 23:40 | Bölmə: Cəmiyyət
Ölkələrin korrupsiya reytinqi açıqlanıb

Beynəlxalq şəffaflıq təşkilatı – “Transparency İnternational” 2020-ci ilin Korrupsiya Qavrama İndeksini açıqlayıb. Reytinq 0-100 ballıq qiymətləndirməyə əsaslanır.

Hesabatda ən təmiz ölkələr kimi 88 balla Yeni Zelandiya və Danimarka göstərilir.

İlk sıralarda həmçinin Finlandiya, İsveçrə, Sinqapur, İsveç (85 bal), Norveç (84 bal), Niderland (82 bal), Lüksemburq və Almaniya (80 bal) yer alır.

Ən korrupsiyalaşmış ölkələr Cənubi Sudan və Somali sayılıb – 12 bal.

Estoniyaya 75, Litvaya 60, Latviyaya 57, Gürcüstana 56, Ermənistana 49, Belarusa 47, Türkiyəyə 40, Qazaxıstana 38, Moldovaya 34, Ukraynaya 33, Qırğızıstana 31 bal verilib.

Azərbaycan və Rusiyanın göstəricisi 30 baldır.

Özbəkistanın 26, İran və Tacikistanın 25, Türkmənistanın 19 balı var.(Novator.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq