Bakıda avtobus qəzası baş verib
Tarix: 29-01-2021 10:19 | Bölmə: Cəmiyyət
Bakıda avtobus qəzası baş verib

Bu gün səhər saatlarında Bakının Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Məlumata görə, “Manella MMC”-nin müvəqqəti istismarındakı 108 A saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.

Hadisə ilə bağlı Agentlik araşdırma aparır. Qurumun əməkdaşları hadisə yerinə yollanıb. “Manella"nın rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq