IDEA Qarabağın ekoloji vəziyyəti ilə bağlı işlər görəcək
Tarix: 29-01-2021 16:21 | Bölmə: Cəmiyyət
IDEA Qarabağın ekoloji vəziyyəti ilə bağlı işlər görəcək

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək.

Bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

S. Şükürov bildirib ki, 30 illik erməni işğalının fəsadlarını görmək hamımızı sarsıdıb: “Bu kimi cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib. IDEA işğaldan azad edilmiş ərazilərdə ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti addım isə həmin yerlərin bərpası olacaq”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq