“Startap” şəhadətnaməsi 3 il müddətinə veriləcək
Tarix: 30-01-2021 14:35 | Bölmə: Cəmiyyət
“Startap” şəhadətnaməsi 3 il müddətinə veriləcək

“Startap” şəhadətnaməsini almaq üçün ərizəçi bu sənədlə müəyyən edilmiş ərizə ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edəcək.

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, Agentlik ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan sənədləri (məlumatları) qiymətləndirmək məqsədilə Agentlikdə yaradılmış Ekspertlər Şurasına təqdim edir. Ekspertlər Şurası aşağıdakı tərkibdə formalaşdırılır:

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən – 3 nəfər;

- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən – 2 nəfər;

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən – 1 nəfər;

- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən – 1 nəfər;

- Azərbaycan Milli Elmlər Akademiyasından – 1 nəfər;

- müstəqil ekspertlərdən – 3 nəfər.

Ekspertlər Şurasının sadə səs çoxluğu ilə qəbul edilmiş müvafiq rəyi Agentliyə təqdim edilir.

Agentlik tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. “Startap” şəhadətnaməsi 3 (üç) il müddətinə verilir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq