Müəllimlər COVID-19 testindən keçirilməyəcək
Tarix: 30-01-2021 18:01 | Bölmə: Cəmiyyət
Müəllimlər COVID-19 testindən keçirilməyəcək

Təhsil naziri Emin Əmrullayev müəllimlərin peyvənd olunub-olunmayacağı haqda məsələyə aydınlıq gətirib.

Reyting.az
 xəbər verir ki, E.Əmrullayev əvvəlki aylardakı kimi müəllimlərin kütləvi COVID-19 testindən keçirilməyəcəyini deyib: "Çünki test yalnız iki halda məcburidir: Birincisi, hansısa simptomlar olduğu halda, ikincisi isə koronavirus xəstəsi ilə təmasda olan zaman. Çünki kütləvi test məktəbdə yoluxma halının qeydə alındığı zaman həyata keçirilir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimizin vaksinasiyasını mərhələli şəkildə həyata keçirək".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq