Şəhidlərin ailə üzvlərinə veriləcək sosial ödənişlərlə bağlı iclas keçirilib
Tarix: 31-01-2021 16:45 | Bölmə: Cəmiyyət
Şəhidlərin ailə üzvlərinə veriləcək sosial ödənişlərlə bağlı iclas keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə sosial ödənişlərin təyinatı üzrə proseslərin operativ və sürətli həyata keçirilməsi üzrə yaradılmış işçi qrupların növbəti iclası keçirilib.

Reyting.az
Dövlət Sosial Müdafiə Fonduna istinadla xəbər verir ki, Fondun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyevin sədrliyi ilə keçirilən iclasda məlumat verilib ki, bu günədək şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən sosial ödəniş təyinatları aparılıb.

Həmin sənədlər fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan toplanaraq, təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilib.

Bu təyinatların 53 faizi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda yaradılmış işçi qrup tərəfindən aparılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq