Ucarda mikroavtobus aşıb, sərnişin ölüb
Tarix: 31-01-2021 18:11 | Bölmə: Cəmiyyət
Ucarda mikroavtobus aşıb, sərnişin ölüb

Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, ötən gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sərnişin qismində olan Daşkəsən rayon sakini, 1976-cı il təvəllüdlü Rizvan Bayram oğlu Əliyev aldığı xəsarətlərdən ölüb. Daha 2 nəfər isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq