Şəhid anası dəfndən əvvəl qurban kəsdirib - Video
Tarix: 31-01-2021 18:25 | Bölmə: Cəmiyyət
Şəhid anası dəfndən əvvəl qurban kəsdirib

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayevin anası oğlunun cəsədi tapıldığı üçün qurban kəsib.

Xatırladaq ki, Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayev Siyəzəndə dəfn edilib.

Məlumata görə, Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi/APA.

Allah rəhmət eləsin!







Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq