Gənclər Günü ilə bağlı videokonfrans keçirilib - Fotolar
Tarix: 31-01-2021 19:34 | Bölmə: Cəmiyyət
Gənclər Günü ilə bağlı videokonfrans keçirilib

2 Fevral - Gənclər Günü ilə bağlı onlayn formatda tədbir keçirilib.

Reyting.az
-a verilən məlumata görə, "QEYD" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Birliyin Baş katibi Aysel Tahirova gəncləri təbrik edib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiyini bildirib.

Daha sora Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək deyib ki, hazırda respublikada mövcud olan yüzlərlə Qeyri-Hökumət təşkilatları və gənclər birliklərinin aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra uğurlu işlər görülür.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, Ümummilli liderin əsasını qoduğu siyasət bu gün də davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin və güclü Ordumuz sayəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlar azad edilib.

"QEYD" İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək, ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Cənab Prezidentimiz İlham Əliyevin və dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində, öz gücünə, istedadına inam hissini artırır.

Yeni Azərbaycan Partiyasının fəal üzvü Məmməd Məmmədli çıxışa davam edərək gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin “Könüllülər ili” elan olunması da bu məqsədə xidmət edir.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq