Səlcuq Bayraqdar: "Azərbaycanla əməkdaşlıq etmək istəyirik"
Tarix: 03-02-2021 12:45 | Bölmə: Cəmiyyət
Səlcuq Bayraqdar: "Azərbaycanla əməkdaşlıq etmək istəyirik"

“Türkiyə Texnologiya Vəqfi olaraq texnofestival çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirik”.

Reyting.az
xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar deyib.

“Yaxın zamanlarda Azərbaycanla bu məsələdə təmaslarımız olacaq”, - o vurğulayıb.

Texnofestivaldan danışan S. Bayraqdar bildirib ki, məqsəd Türkiyənin texnologiyasını xaricdən almasını deyil, öz texnologiyasını istehsal etməsini təşviq etməkdir.(Report)




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq