Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb
Tarix: 03-02-2021 13:20 | Bölmə: Cəmiyyət
Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinı istinadla xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq