Generalın oğlu polis rəisi təyin olunub
Tarix: 03-02-2021 13:54 | Bölmə: Cəmiyyət
Generalın oğlu polis rəisi təyin olunub

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elmir Hüseynov vəzifəsindən azad olunub.

Məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib/Report.

Qeyd edək ki, T. Paşayev sabiq polis rəisi, general Şahmar Paşayevin oğludur. Şahmar Paşayevə gəldikdə, o, polis sistemindən kənarlaşdırldıqdan sonra FHN-də idarə rəisi vəzifəsinə təyin olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq