“Bayraktar” PUA-nın yaradıcısı azərbaycanlı gənclərə müraciət edib
Tarix: 03-02-2021 16:25 | Bölmə: Cəmiyyət
“Bayraktar” PUA-nın yaradıcısı azərbaycanlı gənclərə müraciət edib

"Müraciət üçün fevralın 28-dək vaxt var. Azərbaycanlı gənc qardaşlarımız tələssinlər, tez bir zamanda komandalarını qurub 35 müxtəlif sahədə yarışlara qoşulsunlar. Onları “Texnofest-2020”də qonaq etmək istəyirik”.

Bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktorui Səlcuq Bayraqdar deyib.

O, yeni nəsil “Akıncı” PUA-larının istehsalı məsələsinə də toxunub: “Akıncı” ilə “Bayraktar” fərqli siniflərdəndir, vəzifələri də fərqlidir. Bu, tankla zirehli texnikanı müqayisə etməyə bənzəyər, yəni vəzifələri başqadır. “Akıncı” 5,5 tondur, “Bayraktar” isə 650 kilodur. “Akıncı” daha strateji, daha fərqli döyüş vəzifələrini yerinə yetirir, daha kiçikdir və ucuz başa gəlir”/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq