Bakıda soyğunçuluq edən şəxslər saxlanılıb
Tarix: 16-03-2021 14:08 | Bölmə: Cəmiyyət
Bakıda soyğunçuluq edən şəxslər saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxslər hadisə zamanı Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istəyiblər. Daha sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat olan “Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev etdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq