Emin Əmrullayev: "Vətəndaşlar, müəllimlər bizi aldatmağa çalışmasınlar"
Tarix: 10-07-2025 15:26 | Bölmə: Cəmiyyət
Emin Əmrullayev: "Vətəndaşlar, müəllimlər bizi aldatmağa çalışmasınlar"

"Liseylərə təkrar imtahanla bağlı yayılan iddialar doğru deyil, təkrar imtahan olmayacaq".

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, 99% nəticə ilə heç bir problem yoxdur.

Onun sözlərinə görə, 200-ə yaxın işlə bağlı problem var və onlar da texniki səbəblərdir:

"Onların hamısı ilə də üz-üzə danışmağa hazırıq. Vətəndaşlar, müəllimlər bizi aldatmağa çalışmasınlar. Kimsə haray salıb keçmək istəsə, biz də haray salarıq. Prosesdə hər hansı qanun pozuntusu olarsa, hüquq mühafizə orqanlarına müraciət edirik. Bütün imtahanlara həssaslıqla yanaşılır"(Teleqraf)




Bölməyə aid digər xəbərlər