12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Abşeronda karantini pozan 19 müştəri cərimələnib
Tarix: 12-04-2021 15:34 | Bölmə: Cəmiyyət
Abşeronda karantini pozan 19 müştəri cərimələnib

Abşeron rayonunda karantin qaydalarına zidd olaraq gecə saatlarında işləyən çay evləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Xırdalan şəhərində yerləşən "Məkan Buratino" və Masazır qəsəbəsindəki "Tvins" çay evlərininin sanitar-karantin qaydalarını pozduğu məlum olub.

Həmin obyektlərin icarədarları Şamil Abdullayev və Habil Orucov, həmçinin çay evlərində olan 19 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar cərimələniblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətə çatdırılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq