Sabiq icra başçısının həbs müddəti uzadılıb
Tarix: 12-04-2021 16:12 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısının həbs müddəti uzadılıb

Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, prosesdə qərar elan edilib. Qərara əsasən, N. Zeynalovun barəsindəki həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Qeyd edək ki, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq