12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Vüqar Gülməmmədov: “Səriştəli kadrların özəl sektora axını müşahidə olunur”
Tarix: 13-04-2021 11:53 | Bölmə: Cəmiyyət
Vüqar Gülməmmədov: “Səriştəli kadrların özəl sektora axını müşahidə olunur”

"Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun ilə bağlı hesabatlılığı əhatə edib”.

Reyting.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

V. Gülməmmədov bildirib ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə 1/4 torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb."Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”, - deyə o qeyd edib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq