23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkında olublar
Tarix: 13-04-2021 15:43 | Bölmə: Cəmiyyət
Beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkında olublar

ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Reyting.az
Report-a istinadla xəbər verir ki, 15 ölkədən gələn 27 qonaq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərlə tanış olub.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev konfrans iştirakçılarına düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin tapılmış qalıqları barədə məlumat verib.




Bölməyə aid digər xəbərlər