23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
BŞİH: "8 Noyabr prospektində “Zəfər” muzeyinin yaradılması məqsədəuyğundur"
Tarix: 14-04-2021 11:01 | Bölmə: Cəmiyyət
BŞİH: "8 Noyabr prospektində “Zəfər” muzeyinin yaradılması məqsədəuyğundur"

Paytaxtın Xətai rayonunda yerləşən Nobel prospektinin və Zığ şossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək 8 Noyabr prospekti adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Reyting.az-a verilən məlumata görə, Hərbi Qənimətlər Parkının yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılmasının məqsədəuyğun olacaq.

Bildirilib ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.




Bölməyə aid digər xəbərlər