Hərbi Qənimətlər Parkına ziyarətçilərin daxil olmasına icazə verilib
Tarix: 14-04-2021 16:57 | Bölmə: Cəmiyyət
Hərbi Qənimətlər Parkına ziyarətçilərin daxil olmasına icazə verilib

Bu gündən Hərbi Qənimətlər Parkına ziyarətçilərin daxil olmasına icazə verilib.

Reyting.az
xəbər verir ki, parka giriş vətəndaşlar üçün 2 manat, 6 yaşadək uşaqlar, şəhid ailələri və qazilər üçün isə pulsuzdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Parkda ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}