Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı şəxs vəzifəsinə bərpa olunur
Tarix: 15-04-2021 11:41 | Bölmə: Cəmiyyət
Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı şəxs vəzifəsinə bərpa olunur

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub. Reyting.az xəbər verir ki, bu barədə Əlövsət Quliyev sosial şəbəkə hesabında məlumat verib.

Ə. Quliyev bildrib ki, Rəyasət Heyətinin iclasında onu öz vəzifəsinə qaytarmağa səs veriblər. O, Rəyasət Heyətinin üzvlərinə təşəkkür edib.


Ə. Quliyev

Xatırladaq ki, martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib.

Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}