16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda ötən il 94 nəfər insan alverinin qurbanı olub
Tarix: 16-04-2021 16:57 | Bölmə: Cəmiyyət
Azərbaycanda ötən il 94 nəfər insan alverinin qurbanı olub

Ötən il Azərbaycanda 94 nəfərin insan alveri qurbanı olduğu müəyyən edilib.

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında bildirilir ki, müəyyən edilmiş 94 insan alveri qurbanından (89 qadın, 3 kişi, 3 uşaq) 93-ü Azərbaycan vətəndaşı, 1-ci isə əcnəbi (Rusiya vətəndaşı) olub.

Onlardan 81-i cinsi istismar məqsədi ilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}