16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib - Yenilənib
Tarix: 19-04-2021 11:57 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib

Bu gün bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Reyting.az
-ın məlumatına görə, onların etirazına səbəb övladları ilə bağlı məlumatların “Şagird-məzun” elektron sisteminə daxil edilməməsi səbəbindən həmin şagirdlərin buraxılış imtahanına buraxılmamasıdır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni 19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib: “Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.

***

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, məsələ ilə bağlı valideynlərə məlumat verilib: “Həmin şagirdlərin "Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər.

Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}