12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Şəhid Elvin Mustafayev Gəncədə dəfn olunub
Tarix: 28-04-2021 14:39 | Bölmə: Cəmiyyət
Şəhid Elvin Mustafayev Gəncədə dəfn olunub

Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub.

Məlumata görə, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib/APA
Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq