Daha bir zabitimiz şəhid olub
Tarix: 30-04-2021 00:14 | Bölmə: Cəmiyyət
Daha bir zabitimiz şəhid olub

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

Reyting.az
-ın xəbərinə görə, 2020-ci ilin oktyabr ayında Fizuli rayonu uğrunda gedən düyüslər zamanı itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aşkar olunub.

Əli Yusifovun atası Sülhəddin Yusifov APA-ya bildirib ki, rayon hərbi komissarlığından ona oğlunun nəşinin aşkar edildiyi haqqında məlumat veriblər.

Şəhidin nəşi aprelin 30-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq