Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqlənib
Tarix: 30-04-2021 18:05 | Bölmə: Cəmiyyət
Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqlənib

Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.

Ali Məhkəmədən verilən xəbərə görə, plenumda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının yeni tərkibi və Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti təsdiq edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}