16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11:19 / 12-09-2025
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
11:16 / 12-09-2025
Bakıda güclü külək ağacı yola aşırıb
11:13 / 12-09-2025
İsrailin müdafiə nazirinə Türkiyədən şok videozəng gəlib
11:06 / 12-09-2025
NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib
10:53 / 12-09-2025
Azərbaycanda əhalinin sayı açıqlanıb
10:51 / 12-09-2025
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
10:50 / 12-09-2025
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
10:35 / 12-09-2025
Yazıçı Anar: "Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”
10:24 / 12-09-2025
Ukrayna ordusu rusların komanda məntəqəsini dağıdıb: 17 zabit öldürülüb
10:18 / 12-09-2025
AMXM-da “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb - Fotolar
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib
Tarix: 30-04-2021 19:17 | Bölmə: Cəmiyyət

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin iştirakı ilə panel müzakirəsi keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, panel müzakirəsində çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil nəticələrinin uzun müddətdə iqtisadi artım tempini müəyyən edən əsas element olduğunu vurğulayıb.
Nazir bununla bağlı beynəlxalq qiymətləndirmə tədqiqatlarından nümunələri diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın son illər ərzində uğurlu nəticələrini qeyd edən təhsil naziri eyni zamanda, ümumi təhsil müəssisələrində rəqəmsal əhatəni təmin edəcək fiber-optik şəbəkələşmə layihəsindən danışıb.
“2021-2025-ci illəri əhatə edəcək bu şəbəkə nəticəsində ölkə üzrə şagirdlərin 75 faizi fiber-optik qoşulma ilə genişzolaqlı internet xidmətindən istifadə edə biləcək ki, bu da təhsildə rəqəmsal əlçatanlılığı artıracaq”, - deyə nazir vurğulayıb.
Nazir çıxışında “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilərək növbəti tədris ilində bu layihəyə 200 min məktəblinin cəlb olunacağını deyib. Həmçinin təhsil naziri kibertəhlükəsizlik üzrə qısamüddətli kursların effektiv nəticə verdiyini bildirib.
Təhsil naziri növbəti tədris ilindən fəaliyyətə başlayacaq SABAH magistraturasında müasir əmək bazarının tələblərinə cavab verən yeni nəsil ixtisas imkanlarından da söz açıb.
Təhsil naziri Emin Əmrullayev hər iki həmkarına bu əhəmiyyətli tədbirə qatıldıqları üçün təşəkkür edib və birgə əməkdaşlığın ümumi məqsədlərə çatmaq istiqamətində vacib həlqə olduğunu vurğulayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında dövlət başçısının rəqəmsallaşma, innovasiya sahəsinə xüsusi önəm verdiyini vurğulayıb və bu baxımdan müzakirə olunan layihənin əhəmiyyətini qeyd edib. İnsan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindəndir. İqtisadiyyat naziri yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün həm dövlət qurumlarının, həm də biznesin Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşmalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, dövrün tələblərinə uyğun kadr potensialının formalaşdırılması vacib amillərdəndir. İqtisadiyyatın bütün sahələrində rəqəmsal bilik və bacarıqlara tələb getdikcə artır. Mikayıl Cabbarov innovativ inkişaf üçün nazirliyin üç istiqamətdə fəal iş aparacağını bildirib. Birinci istiqamət dövlət resurslarının bu və digər sahələrə istiqamətləndirilməsinə dəstək verilməsidir. Digər istiqamətlər isə biznes dünyası ilə dialoqun aparılması və özəl sektora dəstəyin göstərilməsi, vergi güzəştlərindən tutmuş, müxtəlif təşviqlərə qədər sistemli yanaşmalar olacaq.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyalara aparan yol yalnız təhsil və elmdən keçir. Rəhbərlik etdiyi İnnovasiya İşçi Qrupu çərçivəsində həyata keçirilən işlərdən danışan nazir Azərbaycanda innovasiyaya baxış mövzusunda fikirlərini bölüşüb: “Biz innovativ mühiti üç qatdan ibarət bir piramida kimi təsəvvür edirik. Piramidanın alt, ən zəruri qatını ölkədə sağlam dövlət idarəetmə sistemi təşkil edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu təməlin möhkəmləndirilməsini təmin etmişdir və bu sahədə islahatlar davam edir. Piramidanın orta təbəqəsi elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır”. Nazir bu baxımdan iki məsələnin vacibliyini vurğulayıb.
“Birincisi, elmi tədqiqatların inkişafıdır. İnnovasiyaya aparan yol ixtiralarla zəngindir”, - deyən Rəşad Nəbiyev qeyd edib ki, tədqiqatlara qoyulan sərmayə sürətli şəkildə artmalıdır.
“Təhsil təkliflərini elmi araşdırmalarla gücləndirmək lazımdır – universitetlərin burada oynayacağı rol əhəmiyyətlidir. İkincisi, elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır. Davamlı startap ekosistemi piramidanın üst qatını təşkil edir”, - deyə nazir vurğulayıb.
Rəşad Nəbiyev Milli İnnovasiya Strategiyasında bu məsələlərin nəzərə alındığını diqqətə çatdırıb.
Müzakirədə aidiyyəti dövlət qurumları ilə birgə özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.
Tədbirin ikinci hissəsi sual-cavab sessiyası ilə davam edib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
Bu gün, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Bu gün, 12:53
Sabah yağış yağacaq
Bu gün, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Bu gün, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Bu gün, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb