Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi başlayır
Tarix: 01-05-2021 15:03 | Bölmə: Cəmiyyət
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi başlayır

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Müsabiqə zamanı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları"nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.




Bölməyə aid digər xəbərlər
10-05-2021, 11:48 Sabah yağış yağacaq

bütün xəbərlər
{sape_links}{sape_article}