Daha iki məktəb koronavirusa görə bağlanıb
Tarix: 01-05-2021 15:51 | Bölmə: Cəmiyyət
Daha iki məktəb koronavirusa görə bağlanıb

Zərdab rayonunda daha 2 məktəb distant təhsilə keçir.

Bu barədə Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi qərar qəbul edib.

GEM-dən bildirilib ki, rayonun şəhər 3 saylı məktəbi və Qaravəlli kənd orta məktəbində şagird və müəllimlərdə karonavirus infeksiyası aşkarlanması səbəbindən əyani təhsil dayandırılıb:

"Müvəqqəti olaraq təhsil ocaqları distant təhsilə keçir. Bundan başqa, hər iki məktəbdə dezinfeksiya işləridə həyata keçriləcək"/Report.

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikmudlu və Çallı kənd orta məktəbləridə şagird və müəllimlərdə karonavirus infeksiyası aşkarlanması səbəbindən hər iki məktəb distant təhsilə keçmişdi




Bölməyə aid digər xəbərlər