Mikayıl Cabbarov: "Azad Rəhimov həyat eşqi ilə dolu insan idi"
Tarix: 01-05-2021 16:57 | Bölmə: Cəmiyyət
Mikayıl Cabbarov: "Azad Rəhimov  həyat eşqi ilə dolu insan idi"

"Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir".

Reyting.az
xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi: "Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi, Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}