14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakıda qadını fotoları ilə şantaj edən şəxs tutulub
Tarix: 03-05-2021 12:02 | Bölmə: Cəmiyyət
Bakıda qadını fotoları ilə şantaj edən şəxs tutulub

Bakıda qadını şantaj edən şəxs tutulub.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}