Əhaliyə növbəti dəfə təhlükə xəbərdarlığı edilib
Tarix: 03-05-2021 12:08 | Bölmə: Cəmiyyət
Əhaliyə növbəti dəfə təhlükə xəbərdarlığı edilib

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Bu barədə Reyting.az-a “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib

H. Səfixanov bildirib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin aprel ayında 8 hadisə nəticəsində 12 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb. Nəticədə bir mülki şəxs və bir hərbçi həlak olub, dörd mülki şəxs və altı hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Ağdam, Tərtər, Gubadlı və Zəngilan rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycanın 54 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Bundan başqa, 2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində Ermənistan FHN-nin bir nəfər əməkdaşı və Rusiya sülhməramlılarının iki hərbçisi də mina partlayışı zamanı yaralanıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}