Direktor müavini olmaq istəyənlər imtahan verib
Tarix: 03-05-2021 17:10 | Bölmə: Cəmiyyət
Direktor müavini olmaq istəyənlər imtahan verib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə test imtahanları keçirilib.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, iki seansdan ibarət olan mərhələdə 155 namizəd 90 dəqiqə ərzində təhsil, peşə və əmək qanunvericiliyi, həmçinin idarəetmə və məntiq üzrə 60 sualı cavablandırıblar. Namizədlər imtahan sonunda test nəticələri ilə tanış olmaq imkanı da əldə ediblər.

Nəticələrin cari həftənin sonunadək elan edilməsi nəzərdə tutulur. Nəticələr həm müraciətçilərin şəxsi kabinetlərində yer alacaq, həm də SMS bildiriş vasitəsilə qeydiyyat nömrələrinə göndəriləcək.

Qeyd edək ki, II mərhələyə qatılan iştirakçılardan 76 nəfəri kişi, 79 nəfəri qadın olub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}