FHN: bazardakı yanğının söndürülməsinə 4 rayondan əlavə qüvvələr cəlb edilib - Video - Fotolar+Yenilənib
Tarix: 26-05-2021 08:28 | Bölmə: Cəmiyyət
FHN: bazardakı yanğının söndürülməsinə 4 rayondan əlavə qüvvələr cəlb edilib - Video

Bərdə rayonunun Güloğlular kəndindəki "Təzə Bazar" ərazisində yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, bazarın paltar satışı hissəsində baş verən yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.(Report)

***



Bərdədə bazarda baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Reyting.az-a daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, 26 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub".







Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq