Mərkəz rəhbəri: “Sertifikasiyadan keçməyən həkimin diplomu əlindən alınmır”
Tarix: 26-05-2021 16:16 | Bölmə: Cəmiyyət
Mərkəz rəhbəri: “Sertifikasiyadan keçməyən həkimin diplomu əlindən alınmır”

“Sertifikasiyadan keçməyən həkimin diplomu əlindən alınmır”.

Bunu "Tibb işçilərinin sertifikasiyası" mövzusunda çıxışında Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, həmin şəxs praktik tibb fəaliyyətinə buraxılmır: “Diplom heç kimin əlindən alınmır. Sertifikasiya işçini vəzifədən azad etmir. İmtahandan uğurlu keçdikdən sonra həkim praktik fəaliyyətə davam edə bilər. Sertifikasiya Komissiyası kimisə işdən çıxarmır, müqaviləsinə xitam vermir”.

Onun sözlərinə görə, praktik fəaliyyətlə məşğul olmayanlar sertifikasiya imtahanına cəlb olunmurlar: “İki dəfə imtahanda uğursuz olan şəxsin işlədiyi müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Amma həmin şəxs sonra istənilən qədər sertifikasiya imtahanında iştirak edə bilər”/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq