Prokurorluq ana ölümü ilə bağlı araşdırma aparır
Tarix: 26-05-2021 16:55 | Bölmə: Cəmiyyət
Prokurorluq ana ölümü ilə bağlı araşdırma aparır

Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq