Gəncədə kişi keçmiş həyat yoldaşını qətlə yetirib
Tarix: 26-05-2021 19:20 | Bölmə: Cəmiyyət
Gəncədə kişi keçmiş həyat yoldaşını qətlə yetirib

Gəncədə qətl hadisəsi baş verib.

Hadisə şəhərin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qeydə alınıb.

Həmin ünvanda 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən Amanov Qafar Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq