“Qalib müəllim” müsabiqəsinin qalibləri bəlli olub
Tarix: 27-05-2021 11:35 | Bölmə: Cəmiyyət
“Qalib müəllim” müsabiqəsinin qalibləri bəlli olub

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, müsabiqə çərçivəsində ümumilikdə 55 videohekayə təqdim edilib.

Mayın 25-də müsabiqəyə təqdim edilən videohekayələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçimi mərhələsi baş tutub. Münsiflər heyəti tərəfindən 5 qalib müəyyənləşdirilib.

Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimi bu gün keçiriləcək. Qaliblərə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si və qiymətli hədiyyələrtəqdim olunacaq.

Müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq