APA-nın əməkdaşı övladı ilə birgə qəzaya düşüb
Tarix: 27-05-2021 14:47 | Bölmə: Cəmiyyət
APA-nın əməkdaşı övladı ilə birgə qəzaya düşüb

APA-nın əməkdaşı Nigar Abbasova qəzaya düşüb.

Hadisə paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb. N. Abbasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə doğru hərəkətdə olarkən dönmə əməliyyatını düzgün yerinə yetirməyən “Hyundai Santafe” markalı maşın qəfildən ona çırpılıb.

Qəza nəticəsində N.Abbasova və avtomobildəki qızı, 12 yaşlı Nərmin xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. 

Jurnalist N.Abbasova Lent.az-a açıqlamasında ölümdən döndüklərini və hazırda həkim müayinəsindən keçdiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır. 




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq