Bakıdan rayonlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək
Tarix: 27-05-2021 15:38 | Bölmə: Cəmiyyət
Bakıdan rayonlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.

Reyting.az
 xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyati Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib: “Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək”. 




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq