Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik edilib
Tarix: 27-05-2021 16:11 | Bölmə: Cəmiyyət
Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarbağ” ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq