AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib
Tarix: 27-05-2021 17:39 | Bölmə: Cəmiyyət
AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib

Mayın 27-də AMEA-nın Ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi təsdiq olunub.

Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti Dilqəm Tağıyev, vitse-prezidentlər İsa Həbibbəyli, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, akademik-katib Arif Həşimov, akademiklər Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Adil Qəribov, Fikrət Əliyev, Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər.

Qeyd olunub ki, əvvəlki illərdə seçilən üzvlər də Rəyasət Heyətinin tərkibində qalır.

İclasda AMEA-nın Nizamnaməsi də təsdiq edilib.

Ümumi yığıncaqda AMEA-nın akademik- katibi vəzifəsinə yeni təyinat olub. Belə ki, akademik-katib vəzifəsinə Arif Həşimov təyin olunub.

Qeyd edək ki, A.Həsimov Fizika İnstitutunun baş direktorudur.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq