12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bakıya rəsmi səfərə gəlib
Tarix: 29-05-2021 16:53 | Bölmə: Cəmiyyət
Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bakıya rəsmi səfərə gəlib

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq